BAKI, 9 oktyabr. TELEQRAF

İndiyədək Azərbaycanda 116.908 ədəd yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) quraşdırılıb.

Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2026-cı ilin yanvar-sentyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 milyard 51,7 milyon manat, yaxud 15,1 faiz çoxdur.