BAKI, 9 oktyabr. TELEQRAF
2026-cı ilin 9 ayında Azərbaycan Dəmir Yollarının (ADY) İran ərazisində yerləşən Astara Terminalında 631 min 317 ton yük aşırılıb.
Bu barədə Teleqraf-a ADY-dən məlumat verilib.
Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən (475 min 910) 33% çoxdur.
2026-cı ilin sentyabr ayında müvafiq göstərici 52% artaraq 93 min 305 tona bərabər olub. Ötən ilin eyni dövründə Terminalda 61 min 371 ton yük aşırılıb.