BAKI, 25 noyabr. TELEQRAF

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycanda taksi xidmətləri göstərən “Bolt Services AZ” MMC-nin bəzi regionlarda tətbiq etdiyi qiymət siyasəti ilə bağlı araşdırma aparır.

Teleqraf Dövlət Agentliyinə istinadən xəbər verir ki, “Bolt Services AZ” MMC bəzi regionlarda rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə edilməsi ilə əlaqədar rəqabət qanunvericiliyini pozub.

Agentliyin şirkətlə bağlı apardığı araşdırma Azərbaycan Rəqabət Məcəlləsinin 16.2.1-ci maddəsinin tələbinin pozulması əlamətləri əsasında aparılır. Hazırda araşdırma davam edir.

Qeyd edək ki, 16.2.1 nömrəli maddə hökmran mövqedən sui-istifadə hallarından biri kimi aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqini qadağan edir.