BAKI, 26 noyabr. TELEQRAF
İndiyədək Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən 192 milyon manatdan çox investisiya yatırılıb.
Yeleqraf xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, hazırda Parkda 37 rezident və 2 qeyri-rezident fəaliyyət göstərir.
Bu günədək sənaye parkında 1000-dən çox daimi iş yeri yaradılıb.