BAKI, 26 noyabr. TELEQRAF

Azərbaycan və Litva arasında ikitərəfli ticarət və investisiya əlaqələrinin inkişafı müzakirə edilib.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında qeyd edib.

"Litvanın xarici işlər naziri Kęstutis Budrys ilə görüşdük. Azərbaycan və Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaratdığı imkanları nəzərdən keçirdik. İkitərəfli ticarət və investisiya əlaqələrinin inkişafı, Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi, eləcə də#energetika, xüsusilə bərpa olunan enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq", - deyə nazir yazıb.