BAKI, 25 sentyabr. TELEQRAF

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb.

Teleqraf xəbər verir ki, forum çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan 12 sənəd və sazişlər imzalanıb.

İmzalanan sənədlər arasında aşağıdakılar yer alıb:

Tikinti və inkişaf sahəsində əməkdaşlıq – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Anar Axundov və "ROX Group" Səhmdar Cəmiyyətinin baş icraçı direktorunun müavini tərəfindən imzalanıb.
Azərbaycanda günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq – Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və "ROX Group" Səhmdar Cəmiyyətinin icraçı direktorunun müavini Ta Ngoc Da tərəfindən imzalanıb.
Yeni texnologiya əsasında silisium karbidi, silisium oksidi və silisium istehsalı – Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov və "Inovest AFEZCO" şirkətinin təsisçisi Vitali Yevdokimenko tərəfindən imzalanıb.

Baytarlıq vaksinlərinin istehsalı layihəsi – Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və "VETAL HAYVAN SAĞLIĞI ÜRÜNLERİ A.Ş." şirkətinin direktoru Abdullah Tutak tərəfindən imzalanıb.

Eləcə də "Esyasoft", SOCAR və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında əməkdaşlıq – SOCAR prezidenti Rövşən Nəcəf, “Esyasoft”un nümayəndəsi Bipin Çandra və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi tərəfindən imzalanıb.
SOCAR ilə İtaliya Futbol Federasiyası arasında strateji əməkdaşlıq, Azərbaycan və Ukrayna arasında investisiyaların təşviqi sahəsində əməkdaşlıq, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə “Microsoft Ireland Operations Limited” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.