BAKI, 25 sentyabr. TELEQRAF
2021-2025-ci illərdə Azərbaycanın qeyri-neft-qaz sektorunda real artım orta hesabla ildə 6 faiz təşkil edib. Qeyri-neft-qaz sənayesi 1,5 faiz, qeyri-neft-qaz ixracı isə təxminən iki dəfə artıb.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib.
Nazir əlavə edib ki, 2025-ci ildə qeyri-neft-qaz iqtisadiyyatı ÜDM-in 71, qeyri-neft-qaz ixracı isə 82 faizini təşkil edib:
“2025-ci ilin noyabrında Azərbaycan Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşləri formatının tamhüquqlu iştirakçısına çevrilib. Praktiki baxımdan Azərbaycan və Mərkəzi Asiya nəqliyyat, logistika, enerji və investisiya sahələrində öz yanaşmalarını getdikcə daha çox uzlaşdırır”.