BAKI, 25 sentyabr. TELEQRAF

Büdcə gəlirlərində Dövlət Neft Fondundan transfertin payı 4,5 faizdən çox azalıb.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda pnael müzakirəsində deyib.

O qeyd edib ki, Azərbaycan kontrtsiklik siyasət həyata keçirir:

“Azərbaycan 2021 və 2022-ci illərdə regionda baş verən proseslərdən və regional şəraitdən təsirlənib. Lakin maliyyə buferləri bizə inkişaf kursumuzu qoruyub saxlamağa imkan verib.

2026-cı ildə enerji qiymətlərinin qeyd etdiyim səbəblərdən rekord aşağı səviyyədə olduğu bir vaxtda və 2027-ci il üçün proqnozların hələ də çox yüksək olduğu şəraitdə Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payını ümumi büdcə gəlirlərinin 4,5 faizindən çoxu həcmində azaldıb.

Nazir əlaəv edib ki, Azərbaycan əsasən rəqəmsallaşma kimi sahələrə yönəlib:

“Təsadüfi deyil ki, son dövrdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyəti, eləcə də bir sıra milli süni intellekt strategiyalarının hazırlanması və Rəqəmsal İnkişaf Şurasının yaradılması Prezidentin rəhbərliyi ilə həyata keçirilən tədbirlər sırasında yer alır".