BAKI, 25 sentyabr. TELEQRAF

Fransa millisinin sabiq baş məşqçisi Didye Deşam Türkiyə yığmasının təklifini qəbul etməyib.

Teleqraf “Le Figaro” nəşrinə istinadla xəbər verir ki, Türkiyə Futbol Federasiyası 57 yaşlı mütəxəssisi milli komandanın baş məşqçisi postunda görmək istəyib.

Lakin Deşam məşqçilik fəaliyyətinə qayıtmazdan əvvəl istirahət etmək niyyətində olduğu üçün təklifi rədd edib.

Qeyd edək ki, Deşam 2012-2026-cı illərdə Fransa millisinin baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda dünya çempionu və Millətlər Liqasının qalibi olub.

Fransalı mütəxəssis daha əvvəl “Marsel”, “Yuventus” və “Monako” klublarına rəhbərlik edib.