BAKI, 24 sentyabr. TELEQRAF

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 3,4 milyard manatı və yaxud 8,25 %-i işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək.

Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində onun sədrliyi ilə keçirilmiş iclasda bildirib.

"Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 25 milyard manatdan çox vəsait ayrılıb", - deyə Baş nazir qeyd edib.