BAKI, 24 sentyabr. TELEQRAF

2027–2030-cu illər üzrə makroiqtisadi sabitliyin və dayanıqlığın təmin olunması məqsədilə iqtisadi proqnozlarda və büdcə hesablamalarında (baza ssenaridə) neftin qiyməti 65 ABŞ dolları götürülüb.

Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində onun sədrliyi ilə keçirilmiş iclasda bildirib.

"Ortamüddətli dövrdə makrofiskal çərçivənin parametrləri fiskal dayanıqlığa, büdcə qaydasının hədəflərinə, xərclərin səmərəliliyinin yüksəldilməsinə, maliyyə-borc intizamına və Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılmasına əsaslanaraq hazırlanıb", - deyə Baş nazir qeyd edib.