BAKI, 24 sentyabr. TELEQRAF

Azərbaycanda kitab mağazaları şəbəkəsi “Əli və Nino Qrup” MMC ləğv olunduğunu elan edib.

Teleqraf xəbər verir ki, şirkət 2014-cü ildə dövlət qeydiyyatına alınıb.

MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edir və qanuni təmsilçisi Qəzənfər Abbasovdur.

Qeyd edək ki, Qəzənfər Abbasovun təmsil etdiyi "Nigar 1975" MMC də ləğv olunur. 2014-cü ildə qeydiyyata alınan "Nigar 1975" MMC-nin nizamnamə kapitalı 10 manatdır.