BAKI, 25 sentyabr. TELEQRAF

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb.

Teleqraf xəbər verir ki, bu barədə Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda panel müzakirəsində deyib.

O əlavə edib ki, ər yarısı dağıdılmış bir ölkə olaraq Suriyanın praktiki olaraq hər şeyə ehtiyacı var:

“Haradan başlamağımızdan asılı olmayaraq, hər bir başlanğıc bizim üçün yaxşı başlanğıcdır.

Qanunvericiliyimizi yeniləyirik və bu, xarici investorlar üçün çox vacibdir. Çünki əvvəllər qanunvericiliyimiz müəyyən şəxsi maraqlara xidmət edəcək şəkildə hazırlanırdı. Bu gün isə qanunvericiliyimizi iqtisadiyyatımızı investisiyaların qəbuluna açmaq məqsədilə formalaşdırırıq.

Biz yalnız kapital axtarmırıq. Biz ağıllı kapital, daha yaxşı kapital axtarırıq. Biz tərəfdaşlıq istəyirik. Yardım axtarmırıq. Bizimlə tərəfdaş ola biləcək insanları və şirkətləri axtarırıq. Son 14 ildə itirdiyimiz texnologiya transferini bərpa etmək istəyirik”.