BAKI, 25 sentyabr. TELEQRAF

Almaniyanın “IPS GmbH” şirkəti Azərbaycanda şüşə sənayesi ilə bağlı layihə həyata keçirmək imkanını da nəzərdən keçirir.

Bu barədə Teleqraf-a açıqlamasında "IPS GmbH-Industrial Projects and Sales" şirkətinin idarəedici direktoru Peter Georg Reich deyib.

O qeyd edob ki, şirkət layihə ilə bağlı bəzi azərbaycanlı tərəfdaşlarla əməkdaşlıq edir:

“Burada konteyner şüşəsi, yəni butulkalar, bankalar və digər bu kimi məhsullar istehsal edəcək yeni zavoddan söhbət gedir. Zavodun Azərbaycanın hansı hissəsində tikiləcəyi hələ müəyyən edilməyib. Layihə hələlik müzakirə mərhələsindədir. Buna görə də bəzi məxfilik müqavilələri (NDA) imzalamışıq. Bu səbəbdən məlumat açıqlaya bilmirəm. Məhz bu layihə mənim burada olmağımın əsas səbəbidir”.