BAKI, 25 sentyabr. TELEQRAF
UEFA Millətlər Liqasının ilk turunda Azərbaycan millisinin səfərdə Litvaya qarşı keçirəcəyi matçın hakimləri müəyyənləşib.
Teleqraf xəbər verir ki, görüşü Kiprdən olan ədalət təmsilçiləri idarə edəcəklər.
Qarşılaşmanın baş hakimi Menelaos Antoniou təyin olunub. Ona yan xətt hakimləri Pavlos Georgiou və Eraklis Komodromos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Fellas yerinə yetirəcək.
VAR hakimi Marios Kristoforou, VAR köməkçi hakim isə Dimitris Solomou olacaq.
Qeyd edək ki, Litva - Azərbaycan görüşü sentyabrın 27-də keçiriləcək.