BAKI, 25 sentyabr. TELEQRAF

27 sentyabr - Anım Günündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, həmin gün güclü külək gözlənilmir.

"Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu isə 26-29 dərəcə isti olacaq", - o vurğulayıb.