BAKI, 25 sentyabr. TELEQRAF
Xəzər dənizində hərbi təlimlər zamanı hərbçilərin ölümü ilə bağlı Qazaxıstan Müdafiə Nazirliyinin beş əməkdaşı saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə “Tengrinews” məlumat yayıb.
Saxlanılanlar arasında Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini və qərargah rəisi, iki hərbi hissə komandiri, dəniz piyadaları bölüyünün və kater komandirləri də var.
Saxlanılanların hamısı şübhəli şəxs kimi tanınıb və Aktaudakı təcridxanaya göndərilib.
Xatırladaq ki, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin sentyabrın 24-də Xəzər dənizində keçirilən təlimlərində 14 hərbçi həlak olub.