BAKI, 8 sentyabr. TELEQRAF

Bugün Masallının bəzi kəndlərində qaz təchizatı dayandırılacaq.

Bu barədə Teleqraf-a Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar işlər yekunlaşanadək Masallı rayonunun Çaxırlı, BinəXocavar, Şərəfə və Ağakişibəyli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq