BAKI, 8 sentyabr. TELEQRAF
“Bakı üzrə oxu savadlılığında irəliləyiş var, amma ümumi nəticə aşağıdır. Bu, bizim ən ağrılı problemimizdir”.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinə dair təqdimatda deyib:
“Bu, pedaqoji problemdir. Biz bunları dəyişdirmək üçün çalışmalıyıq. Şagirdlər oxuya bilirlər, lakin oxuduqlarını anlama və əldə etdikləri məlumatdan istifadə etmək bacarığında müəyyən problemlər var”.