BAKI, 8 sentyabr. TELEQRAF
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının çaylarının 2350 milyon kubmetr həcmində olan su ehtiyatları ölkənin daxili su ehtiyatlarının 24 faizi qədərdir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransının ikinci günündə təşkil edilən panel sessiyada çıxışında deyib.
O bildirib ki, onlardan istifadə ölkədə yaranan su qıtlığı probleminin həllində, fəsadlarla mübarizədə mühüm əhəmiyyətə malikdir.