BAKI, 8 sentyabr. TELEQRAF

Azərbaycanda süni intellektin kənd təsərrüfatında tətbiqinə başlanılıb.

Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın ikinci günündə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, fermerlər “Kənd təsərrüfatı”nın Teleqram kanalında qeydiyyatdan keçərək öz bağları və əkin sahələri barədə məlumat əldə edə bilərlər:

“Fermer öz bağını, əkin sahəsini qeydiyyatdan keçirib oradan məlumatlar ala bilər. Bundan əlavə, hər bir fermer qeydiyyatdan keçərək öz məhsullarını hansı bazarda sata biləcəyi, həmin bazarlarda məhsulların qiymətləri və gündəlik qiymət dəyişiklikləri barədə məlumat əldə edə bilər".

Qeyd edilib ki, süni intellektdən subsidiyaların verilməsi zamanı əkin sahələrinin yoxlanılmasında da istifadə olunur:

Bu sistem 2026-cı ildən tətbiq edilməyə başlanılıb. Peyk görüntüləri süni intellekt vasitəsilə avtomatik təhlil edilir. Eyni zamanda ərazinin koordinatları və həmin sahədə əkinin olub-olmaması müəyyənləşdirilir".