BAKI, 8 sentyabr. TELEQRAF
“PISA 2025 nəticələrinə görə riyaziyyat üzrə Bakı şəhəri 29-cu, Azərbaycan isə 49-cu yerdədir."
Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinə dair təqdimatda deyib:
"Bakının bugünkü nəticələri bizi çox sevindirir. Əslində, bu nəticələr kifayət qədər əhəmiyyətlidir. Müqayisə apardıqda görürük ki, Bakı və Azərbaycan bir sıra ölkələri qabaqlayır. Bu nəticələr bizi təəccübləndirmir, çünki Azərbaycan təhsilinin riyaziyyat məktəbi güclüdür”.