BAKI, 8 sentyabr. TELEQRAF

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Portuqaliyanın “Sportinq” klubunun qonağı olacaq Türkiyənin “Qalatasaray” komandasında hücum xəttində kimin oynayacağı müəyyənləşib.

Teleqraf xəbər verir ki, Portuqaliyanın “A Bola” nəşri Viktor Osimhenin zədələnməsindən sonra baş məşqçi Okan Burukun əsas planında Barış Alper Yılmazın hücumun mərkəzində yer alacağını yazıb.

Məlumata görə, yeni transfer Deniz Gül hələ optimal oyun vəziyyətinə çatmadığı üçün ehtiyatda qalacaq.

Bundan başqa, Rafael Leonun da “Sportinq”lə matçda ilk dəfə start heyətində meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, sağ adduktor (qasıq) əzələ qrupunda orta-ağır dərəcəli qanama və gərilmə aşkarlanan Osimhenin bərpa müddətinin 2-3 həftə çəkəcəyi gözlənilir.