BAKI, 20 iyul. TELEQRAF
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmi-bərələri ilə avtotexnika (TIR) daşımalarının həcmi 2026-cı ilin I yarımilində ötən ilin eyni dövrü ilə müqayisədə 6% artıb.
Teleqraf ASCO-ya istinadən xəbər verir ki, 2025-ci ilin I yarımilində gəmi-bərələrlə 486 min 926 ton avtotexnika (TIR) daşındığı halda, cari ilin müvafiq dövründə bu göstərici 515 min 33 tona çatıb.
İlk yarımildə ən yüksək aylıq göstərici isə 2026-cı ilin iyun ayında qeydə alınıb. Həmin ay ərzində 116 365 ton avtotexnika (TIR) daşınıb. Bu da ötən ilin iyun ayında daşınmış 85 804 ton ilə müqayisədə 41,4% çoxdur.