BAKI, 21 iyul. TELEQRAF
ABŞ hərbi qüvvələri İranın Şiraz şəhərinin şərq və qərb istiqamətində yerləşən iki obyektə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.
Məlumata görə, hücumların hədəfi olan obyektlər barədə əlavə təfərrüatlar açıqlanmayıb.
Bundan əvvəl İran Silahlı Qüvvələri ABŞ-nin Küveytdəki Ərifcan hərbi bazasında yerləşən HIMARS reaktiv yaylım atəşi sistemlərinə raket zərbələri endirdiyini bəyan etmişdi.