BAKI, 21 iyul. TELEQRAF

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patelin bu ilin oktyabrında Rusiyaya səfər etməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, səfərin oktyabrın 14-15-də baş tutacağı gözlənilir. Bildirilir ki, Keş Patelin Moskva və Sankt-Peterburqa getməsi mümkündür.

FTB-nin mətbuat xidməti isə TASS-ın mümkün səfərlə bağlı sorğusunu hələlik cavablandırmayıb.

Qeyd edək ki, məlumat hələlik yalnız Politico nəşrinin mənbəsinə əsaslanır və ABŞ tərəfi tərəfindən rəsmi təsdiq edilməyib.