BAKI, 21 iyul. TELEQRAF
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən Əhməd əl-Cabir aviabazasına raket zərbəsi endirdiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
Bəyanatda iddia olunur ki, zərbələr nəticəsində ABŞ-a məxsus erkən xəbərdarlıq radarı, raketdən müdafiə radar sistemi, AN/FPS-117 radiolokasiya stansiyası, Patriot hava hücumundan müdafiə sistemi və hava hücumundan müdafiəni dəstəkləyən peyk rabitə sistemi məhv edilib.
SEPAH həmçinin aviabazada yerləşən bir neçə hərbi obyektin də sıradan çıxarıldığını bildirib.
ABŞ və Küveyt rəsmiləri İran tərəfinin bu iddialarına hələlik münasibət bildirməyiblər.