BAKI, 21 iyul. TELEQRAF

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) Oman sahilləri yaxınlığında tankerin naməlum mərmi ilə vurulduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, UKMTO-nun yaydığı məlumata görə, hadisə Omanın Limah bölgəsindən təxminən 8 dəniz mili şimal-şərqdə, Hörmüz boğazında baş verib.

Bildirilib ki, tanker ekipajı gəminin naməlum mərmiyə tuş gəldiyi barədə bir neçə dəfə məlumat verib.

Hadisə ilə bağlı araşdırma aparılır. Tankerin vəziyyəti və mümkün zərər barədə əlavə məlumat açıqlanmayıb.