BAKI, 21 iyul. TELEQRAF

İranın Sistan və Bəlucistan əyalətində yerləşən Çabahar və Konarak şəhərlərində partlayış səsləri eşidilib.

Teleqraf xəbər verir ki, bu barədə İranın IRNA agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış səslərinin mənbəyi hələlik müəyyən edilməyib. Hadisənin səbəbi və mümkün fəsadları barədə rəsmi açıqlama verilməyib.