BAKI, 21 iyul. TELEQRAF

Böyük Britaniyanın sabiq səhiyyə naziri Ues Stritinq yeni hökumətdə müdafiə naziri vəzifəsinə təyin olunub.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazirin Dauninq-stritdəki ofisi məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniya Kralı III Çarlz Ues Stritinqin müdafiə naziri vəzifəsinə təyinatını təsdiqləyib.

Ues Stritinq Baş nazir Endi Börnemin formalaşdırdığı yeni hökumətdə müdafiə sahəsinə rəhbərlik edəcək.