BAKI, 21 iyul. TELEQRAF
İranın cənubundakı Buşehr şəhərində yerləşən Atom Elektrik Stansiyasının (AES) ətrafında hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, Buşehr AES-in yerləşdiyi ərazidə hava hücumundan müdafiə vasitələri döyüş vəziyyətinə gətirilib. Hadisənin səbəbi və digər təfərrüatlar açıqlanmayıb.
Rəsmi qurumlar məsələ ilə bağlı hələlik əlavə məlumat verməyiblər.