BAKI, 21 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Böyük Britaniyanın yeni Baş naziri Endi Börnemlə görüş keçirməyi planlaşdırdığını bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə özünün "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
ABŞ lideri qeyd edib ki, artıq Endi Börnemlə telefon danışığı aparıb. Onun sözlərinə görə, söhbət zamanı neft hasilatı, ticarət, hərbi əməkdaşlıq və Hörmüz boğazındakı vəziyyət müzakirə olunub.
"Yaxın gələcəkdə hər iki tərəf üçün maraq doğuran məsələləri müzakirə etmək üçün görüşəcəyik", - Tramp yazıb.
Qeyd edək ki, Endi Börnem iyulun 20-də Böyük Britaniyanın hakim Leyboristlər Partiyasının lideri kimi Kral III Çarlzdan hökuməti formalaşdırmaq mandatı alaraq Baş nazir vəzifəsinin icrasına başlayıb.