BAKI, 21 iyul. TELEQRAF

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağı və İordan çayının qərb sahilindəki strukturlarına yeni rəhbərlər təyin edib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, HƏMAS-ın Qəzza zolağındakı rəhbəri vəzifəsinə hərəkatın keçmiş informasiya şöbəsinin rəhbəri Əli əl-Əmudi seçilib. İordan çayının qərb sahilində isə təşkilatın fəaliyyətini Zaher Cabarin əlaqələndirəcək.

Bundan əvvəl HƏMAS hərəkatın Siyasi Bürosunun rəhbəri vəzifəsinə Xəlil əl-Həyyanın seçildiyini açıqlamışdı. O, son vaxtlara qədər təşkilatın Qəzza zolağındakı fəaliyyətinə rəhbərlik edirdi.

HƏMAS-da ali rəhbər vəzifəsi 2024-cü ilin oktyabrında İsrailin Rəfah şəhərində endirdiyi zərbə nəticəsində Yəhya Sinvarın öldürülməsindən sonra boş qalmışdı. Sinvar bu vəzifədə 2024-cü ilin iyulunda Tehranda İsrail hücumu nəticəsində həlak olan İsmayıl Həniyəni əvəz etmişdi.