BAKI, 21 iyul. TELEQRAF
İranın cənubundakı Bəndər-Abbas şəhərində və Hörmüz boğazında yerləşən Qeşm adasında partlayışlar qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın IRNA agentliyi məlumat yayıb.
Məlumata görə, hadisənin təfərrüatları və partlayışların səbəbi hələlik açıqlanmayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti zərbələr dalğasına başladığını bəyan etmişdi.