BAKI, 21 iyul. TELEQRAF

ABŞ Silahlı Qüvvələri İrana qarşı həyata keçirdiyi növbəti zərbələr seriyasını başa çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı İranın komanda-idarəetmə mərkəzləri, hərbi dəniz qüvvələrinə məxsus obyektlər, raket və pilotsuz uçuş aparatlarının buraxılış meydançaları, eləcə də hava hücumundan müdafiə sistemləri hədəfə alınıb.

CENTCOM əməliyyatın nəticələri və dəyən zərər barədə əlavə məlumat açıqlamayıb.

***

00:49

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti zərbələr seriyasına başlanıldığını bəyan edib.

Teleqraf xəbər verir ki, CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyat ABŞ Silahlı Qüvvələrinin ali baş komandanının əmri ilə həyata keçirilir.

Zərbələrin hədəfləri və əməliyyatın nəticələri barədə hələlik əlavə məlumat verilməyib.