BAKI, 20 iyul. TELEQRAF

Xorvatiyanın şərqindəki Opatovac kəndi yaxınlığında 90 il öncə batan gəminin qalıqları tapılıb.

Teleqraf xəbər verir ki, kömür daşıyan gəminin batmasına səbəb anomal istilər üzündən Dunay çayında suyun səviyyəsinin rekord dərəcədə aşağı düşməsi olub.

50 vaqon kömürlə yüklənmiş Avstriya Gəmiçilik Şirkətinin 5722 nömrəli barjası sahil yaxınlığında batıb.

Lovas Bələdiyyəsinin yaydığı məlumata görə, Dunay çayında su səviyyəsinin bu il aşağı düşməsi yerli sakinlərin gəminin qalıqlarını tapmasını mümkün edib.