BAKI, 21 iyul. TELEQRAF

2026-cı il futbol üzrə dünya çempionatının ən yaxşı oyunçusu seçilən ispaniyalı yarımmüdafiəçi Rodri "Mançester Siti" ilə müqaviləsini uzatmaq istəmir.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Ramon Alvares "X" sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, 30 yaşlı futbolçu karyerasını Madrid "Real"ında davam etdirmək niyyətindədir. Rodrinin "Mançester Siti" ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.

Rodri 2019-cu ildən "Mançester Siti"nin formasını geyinir. O, daha əvvəl İspaniyanın "Atletiko" və "Vilyarreal" klublarında çıxış edib.

İspaniyalı yarımmüdafiəçi "Mançester Siti" ilə dörd dəfə İngiltərə çempionu olub, UEFA Çempionlar Liqasını, İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu, UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb.

İspaniya milli komandası ilə isə Rodri 2026-cı il dünya çempionatının, 2024-cü il Avropa çempionatının və 2023-cü il UEFA Millətlər Liqasının qalibi olub.