BAKI, 21 iyul. TELEQRAF
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Küveytdə yerləşən Ərifcan hərbi bazasına raket zərbəsi endirdiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət teleradio korporasiyası IRIB məlumat yayıb.
Məlumata görə, zərbənin hədəfi bazada yerləşən ABŞ-nin HIMARS reaktiv yaylım atəşi sistemləri olub. Bildirilir ki, hücum zamanı "yer-yer" tipli raketlərdən istifadə edilib.
ABŞ və Küveyt rəsmiləri SEPAH-ın bu iddiasına hələlik münasibət bildirməyiblər.