BAKI, 21 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Kanada məhsullarına əlavə 50 faizlik idxal rüsumunun tətbiqi barədə fərman imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda bildirilib.
Sənəddə qeyd olunur ki, qərar Kanadanın Amerika məhsullarına qarşı ayrı-seçkilik xarakterli tədbirlərinə cavab olaraq qəbul edilib. Yeni rüsumlar şərab, xokkey çubuqları və sement də daxil olmaqla geniş çeşiddə məhsulları əhatə edəcək.
Enerji daşıyıcıları, kalium, dəniz məhsulları və kritik minerallar isə əlavə rüsumlardan azad olunacaq.
Qərar ABŞ administrasiyası rəhbərinin fərmanı imzalamasından 30 gün sonra qüvvəyə minəcək.