ŞUŞA, 13 iyun. TELEQRAF

Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası zamanı 1 sektoral araşdırmanın və rəqabət mövzularına dair 3 işçi qrupunun yaradılması ilə bağlı razılığa nail olunub.

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, keçirilən görüşlərdə birgə tərəfdaşlığın genişləndirilməsi, təcrübə və data mübadiləsi müzakirə olunub.

"İclasın nəticəsi olaraq, Birgə Kommünike qəbul olundu. Bu sənəd çərçivəsində qurumlar arasında strateji fəaliyyət prioritetləri, eyni zamanda növbəti addımları müəyyən etdik. Agentlik olaraq strateji tərəfdaşlığa tam dəstək verəcəyik”, - deyə o əlavə edib.