BAKI, 24 iyul. TELEQRAF

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 1316,5 kiloqram qızıl istehsal edilib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,8% azdır.

Bundan əlavə, hesabat dövründə 1808,2 kiloqram gümüş istehsal edilib. 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə gümüşün istehsalı 6,9% azalıb.

İyulun 1-nə sənaye müəssisələrinin anbarlarında 168,8 kiloqram qızıl, 534,1 kiloqram gümüş qalıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-may aylarında 2025-ci ilin yanvarmay ayları ilə müqayisədə 3 milyard 636 milyon 158,1 min dollar dəyərində 23 min 799,8 kiloqram işlənməmiş və ya yarımişlənmiş, yaxud toz şəklində qızıl ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qızılın ixracı miqdar ifadəsində 13,6 dəfə, dəyər ifadəsində isə 29,7 dəfə artıb.