BAKI, 27 iyul. TELEQRAF
ABŞ-nin İrana qarşı zərbələri dayandırmasından sonra dünya bazarlarında neftin qiyməti kəskin şəkildə aşağı düşüb.
Teleqraf xəbər verir ki, bazar məlumatlarına görə, "Brent" markalı neftin bir barrelinin qiyməti 86,8 dollara qədər enib. Bu, əvvəlki ticarət sessiyasının yekun göstəricisi ilə müqayisədə 5,24 faiz azalma deməkdir.
Ticarət göstəricilərinə əsasən, Şimal dənizindən hasil olunan Brent neftinin oktyabr fyuçerslərinin qiyməti aşağı istiqamətdə hərəkət edib.