BAKI, 27 iyul. TELEQRAF

Bakı, Şirvan, Yevlax və Gəncədə əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün ümumilikdə 451 ədəd mənzilin satın alınması üçün 28,4 milyon manat vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi “MİDA” MMC ilə müqavilə imzalayıb.

Bir mənbədən imzalanan müqavilənin ümumi dəyəri 28 milyon 450 min 908,5 manatdır.