BAKI, 27 iyul. TELEQRAF

Sabah Balakən rayonunun qaz təchizatı dayandırılacaq.

Bu barədə Teleqraf-a Zaqatala Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşanadək Balakən rayonunun (Katex kəndi istisna olmaqla) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.