BAKI, 24 iyul. TELEQRAF
2026-cı ilin iyununda Avropa İttifaqında (Aİ) şəxsi nəqliyyat vasitələri üçün yanacaq və sürtkü materiallarının qiyməti 2025-ci ilin eyni ayı ilə müqayisədə 13,7% artıb.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin statistika qurumu “Eurostat”ın məlumatlarında qeyd olunub.
Bildirilib ki, apreldə illik 20,8%-lik, mayda isə 20,7%-lik artım qeydə alınıb.
İyunda 2025-ci ilin iyun ayı ilə müqayisədə ən yüksək qiymət artımı Bolqarıstanda (26%), Litvada (23,5%), Rumıniyada (23,1%), Finlandiyada (22%) və Lüksemburqda (20,7%) müşahidə olunub.
Ən aşağı artım isə Macarıstanda (2,3%) və Polşada (5,8%) qeydə alınıb.
ABŞ-də isə benzinin pərakəndə satış qiyməti bir qallon üçün 4 ABŞ dolları həddini keçib. Ümumiyyətlə ABŞ və İsrailin fevralın sonunda İrana qarşı həyata keçirdiyi hücumlardan sonra ölkədə benzinin orta pərakəndə satış qiyməti 30%-dən çox artıb.
Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, bazar ertəsi ölkə üzrə benzinin orta pərakəndə satış qiyməti hər qallon üçün 4 dollar təşkil edib.