BAKI, 27 iyul. TELEQRAF
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan xarici bazarlara 4 milyon 712,1 min dollar dəyərində 1 395,1 ton tütün ixrac olunub.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 20,3%, dəyər ifadəsində isə 17,1% azdır.
Bundan əlavə, hesabat dövründə 589 milyon manat dəyərində (19,4% çox) tütün məmulatları istehsal edilib. Cari ilin ilk 6 ayında isə 2 min 170,8 ton emal edilən tütün istehsal olunub ki, bu da illik müqayisədə 2,26 dəfə artım deməkdir.
İyulun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 1 363,2 ton emal olunmuş tütün ehtiyatı mövcud olub.
Qeyd edək ki, cari ilin iyulun 1-i vəziyyətinə tarlalardan 623,9 ton (3,8% az) tütün yığılıb.