BAKI, 17 iyul. TELEQRAF
Bu ilin birinci yarısında Azərbaycan 6 milyard 409 milyon 319.05 min ABŞ dollar dəyərində 12 milyon 46 min 352.54 ton xam neft və xam neft məhsulları ixrac edib.
Dövlət Gömrük Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm olaraq 8,5% artıb, dəyəri isə 8,6% azalıb.
Ən çox xam neft ixrac edilən ölkələr sırasında ilk yeri İtaliya tutub. Bu ölkəyə 3 milyard 602 milyon 341.97 min dollar dəyərində 6 milyon 820 min 798.97 ton neft ixrac edilib.
İkinci yerdə Çexiya qərarlaşıb. Bu ölkəyə 846 min 461.39 ton məhsul ixrac edilib və ixracın ümumi dəyəri 449 milyon 595.51 min dollar olub. Üçüncü yeri isə Xorvatiya tutur. Bu ölkəyə ixrac edilən 744 min 703.91 ton xam neftin statistik dəyəri 408 milyon 862.68 min dollar təşkil edib.
Bundan əlavə, Rumıniyaya 685 min 972.26 ton (378 milyon 39.37 min dollar), Portuqaliyaya isə 576 min 34.89 ton (310 milyon 369.10 min dollar) həcmində xam neft ixrac olunub.