BAKI, 10 iyul. TELEQRAF
AZCON Holding-in şirkətlərindən olan "Bakı Metropoliteni" QSC 2025-ci ilin ilk 6 ayında 111 milyondan çox sərnişinə xidmət göstərib.
Teleqraf xəbər verir ki, ən çox sərnişin may ayında daşınıb və onların sayı 20 milyon 672 min nəfəri keçib.
Ötən yarımildə 9 milyon 822 min sərnişin daşıyan "Koroğlu" stansiyası TOP10 siyahısına liderlik edir.