BAKI, 28 may. TELEQRAF

Bu il aprelin 30-na bankların qeyri-işlək kreditlərinin həcmi 734.1 milyon manat olub.

Teleqraf xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı statistakaya görə, bu, 1 ay əvvələ – 31 marta görə 24,2 milyon manat çoxdur.

Biznes kreditlərində 1,8 milyon manat artaraq 393 milyon manata, istehlak kreditlərində isə 22,8 milyon manat artaraq 306,4 milyon manata çatıb.

İpoteka kreditlərində isə 0,4 milyon manat azalaraq 34,7 milyon manata enib.

Qeyri-işlək portfelin cəmi portfeldə payı isə 0,1 faiz artaraq 2.6 faiz olub.

Qeyri-işlək Kredit - faizinin hesablanması dayandırılmış, yaxud əsas məbləğinin və ya faizinin ödənişi müqavilədə nəzərdə tutulmuş müddətlərdən 90 gün və ya daha çox gecikdirilmiş, faizi kapitallaşdırılmış və ya yeni kredit kimi rəsmiləşdirilmiş, yaxud faizinin ödəniş müddəti uzadılmış kreditlər, habelə faizinin ödəniş müddəti 90 gün və ya daha çox gecikdirilmiş overdraflardır.