“Avropa İttifaqı (Aİ) ilə Cənubi Amerika ölkələrinin birliyi olan MƏRKOSUR arasında sərbəst ticarət sazişinin imzalanması ehtimalı fonunda Fransa ölkənin kənd təsərrüfatını qorumaq üçün Avropa İttifaqından (Aİ) çıxmalıdır.”
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın sağçı “Vətənpərvərlər” Partiyasının lideri Floryan Filippo “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Biz mövqeyimizdə möhkəm dayanmalı və fermerlərlə birgə etirazları gücləndirməliyik, çünki Ursula fon der Leyen yanvarın 12-də MƏRKOSUR ilə müqaviləni imzalamağı planlaşdırır. Fransanın Aİ-dən çıxışını hər yerdə tətbiq etməliyik, çünki Freksiti (Fransanın kənd təsərrüfatını) xilas etməyin başqa yolu yoxdur”- deyə o sosial şəbəkə hesabında bildirib.
Siyasətçi bildirib ki, əgər Fransa Aİ-də qalarsa, MƏRKOSUR ilə saziş qaçılmazdır. Qeyd edək ki, Freksit termini Britaniyanın Aİ-dən çıxışı olan Brexit sözündən götürülüb.
Onu da xatırladaq ki, ötən il Polşa fermerləri də Aİ-MƏRKOSUR sazişinə qarşı çıxaraq etiraz aksiyaları keçirmişdilər.